
Almaniya Bundesliqasında 16-cı turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Dortmund "Borussiya"sı "Augsburg"u qəbul edib.
Bol qollu oyunda meydan sahibləri qalib gəlib - 4:3.
Bu nəticədən sonra "Borussiya" 28 xalla 6-cı, "Augsburg" 15 xalla 15-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 35 xalla "Bavariya" başçılıq edir.
"Borussiya" (Dortmund) - "Augsburg" - 4:3
Qollar: Bellinqem, 29 (1:0), Mayer, 40 (1:1), Sklotterbek, 42 (2:1), Demiroviç, 45+1 (2:2), Bunoe-Qittens, 75 (3:2), Kolina, 77 (3:3), Zule, 90+1 (4:3)