Baş məşqçisiz qaldı - Azərbaycan millisinin legioneri

21 Sentyabr 2022 09:00 Almaniya 878
Baş məşqçisiz qaldı - Azərbaycan millisinin legioneri

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge"nin baş məşqçisi Timo Rost istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, buna Aue təmsilçisinin III Bundesliqanın cari mövsümündə uğursuz çıxışı səbəb olub.

Komanda 44 yaşlı mütəxəssisin rəhbərliyi altında 9 turdan sonra cəmi 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Nəticələri analiz edən klub rəhbərliyi almaniyalı baş məşqçi ilə vidalaşıb.

Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinin, 2016-cı ildən isə "Ertsgebirge"nin formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?