Azərbaycan komandası finalda

16 May 2019 19:48 Ağır atletika 400
Azərbaycan komandası finalda

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə, Fəridə Səfiyarzadədən ibarət kollektiv halqalar ilə kompozisiyada 21.650 xal toplayaraq beşinci yeri tutub.

Bu isə yığmanın finala çıxması üçün yetərli olub. Avropa çempionatında 35 ölkənin idmançıları mübarizə aparır.

Yarışda böyüklər fərdi hərəkətlərdə, yeniyetmələr isə qrup hərəkətlərdə çıxış edir.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova ilə Veronika Hudis təmsil edəcək. Avropa çempionatına mayın 19-da yekun vurulacaq.

Xəbər Lenti