"Beşiktaş"ın prezidenti istefa verdi - SON DƏQİQƏ

24 Sentyabr 2019 13:20 Türkiyə 409
"Beşiktaş"ın prezidenti istefa verdi - SON DƏQİQƏ

"Beşiktaş"ın prezidenti Fikrət Orman istefa verib.

Sportinfo.az "ntvspor"a istinadən xəbər verir ki, bu barədə iş adamı özü məlumat verib. O bildirib ki, artıq İstanbul klubundakı missiyası başa çatıb:

"Beşiktaş"da qan dəyişikliyinə ehtiyac var. Mənim burada olmağım kluba ziyan vurur. Düşünürəm ki, "Beşiktaş"dakı missiyamı tamamladım. Növbədənkənar seçki olacaq.

Kluba əlimizdən gəldiyi qədər xidmət etdik. Hamıya təşəkkürümü bildirirəm. İşimlə bağlı "Beşiktaş"dan 100 lirə belə olsa, xeyir götürmədim. Səhvlərimiz oldu. Amma etdiklərimizə baxanda yaxşı işlər gördüyümüzə inanıram".

Qeyd edək ki, Orman 2012-ci ildən "Beşiktaş"a rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti