TOKİO-2020: Azərbaycan ilk medalını qazandı

30 İyul 2021 13:05 Paris-2024 729
TOKİO-2020: Azərbaycan ilk medalını qazandı

Azərbaycan nəhayət, Tokio Olimpiadasında ilk medalını qazanıb.

Olimpiadanın 7-ci, cüdo yarışlarının isə sonuncu günündə İrina Kindzerska (+78 kq) bürünc medala sahib çıxıb.

Xanım cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada çinli Şiyan Huya qalib gələrək karyerasının ən böyük uğuruna imza atıb.

Bu gün mübarizəyə qoşulan digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) isə ilk görüşdə Matyaj Sarnaçkiyə (Polşa) qalib gəlsə də, 1/8 finalda braziliyalı Rafael Silvaya uduzaraq mübarizəni dayandırıb.

Beləliklə, cüdo üzrə milli komandamızın 9 üzvündən, ümumilikdə isə Tokio-2020-də çıxışını başa vuran 23 idmançımızdan yalnız İrina Kindzerska medal qazana bildi.

Qarşıdakı saatlarda boksçumuz Alfonso Dominges 1/4 final döyüşünə çıxacaq. Türkiyəli rəqibinə qalib gələcəyi halda kubalı legionerimiz azı bürünc medalı özü üçün təmin edəcək.

SPORTİNFO.AZ

Xəbər Lenti