"Özünü belə vəziyyətə məcbur etmək çox ağırdı" - "Səbail"in legioneri

4 Aprel 2020 13:40 Səbail 626
"Özünü belə vəziyyətə məcbur etmək çox ağırdı" -

"Otururam evdə, lazım olanda çıxıram. İndi hər yer bağlıdır.

Yalnız evin ətrafında qaçıram. Adam az olanda çıxıram. Əlbəttə, çox çətindir. Çünki qaçmağa yer yoxdur.

Özünü belə vəziyyətdə məcbur etmək çox ağırdı. Amma nə etmək olar, gərək bunu edəsən. Biz formada olmaq üçün məşqə vaxt ayırmalıyıq.

Düzdür, bu komanda məşqi olmasa da ,hesab edək ki, bu məşqimizi izləyirlər. Evdə otururam, internetdən tapdığım müxtəlif növ idman hərəkətlərini edirəm. Gündə bir dəfə qaçmaq üçün vaxt ayırıram"

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Səbail"in qapıçısı Aleksandır Rıbka deyib Ukraynalı legioner ölkəsindəki vəziyyət haqqında da danışıb:

"Ölkəmdə çox çətin vəziyyətdir. Hər yer bağlıdır. Demək olar ki, maşınlar işləmir. Amma sizdə daha ciddi tədbirlər görülür. Xəstəliyin daha geniş şəkildə yayılmaması üçün görülən bu işlər təqdirəlayiqdir.

Əsas məqsəd odur ki, insanlar daha çox hərəkətdə olmasınlar, bir-birlərini başa düşsünlər. Tezliklə bu dəhşətli virusdan qurtulmaq üçün, insanlara səbir və anlaşma arzulayıram".

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”