Mahirdən Allahverdi Bağırova ehtiram: "Nurlar içində yat, Böyük kapitan!” - 2 FOTO

14 İyun 2020 21:40 Qarabağ 1 097
Mahirdən Allahverdi Bağırova ehtiram: "Nurlar içində yat, Böyük kapitan!” - 2 FOTO

Bu gün Azərbaycanın Milli Qəhramanı Allahverdi Bağırovun şəhid olmasından 28 il ötür.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Mahir Emreli bununla bağlı şəxsi İnstaqram hesabında paylaşım edib.

O, “Nurlar içində yat, Böyük kapitan!” yazaraq uzun illər komandanın kapitanı və məşqçisi olmuş Allahverdi Bağırovun xatirəsini yad edib.

Millimizin hücumçu üzərində Allahverdi Bağırovun rəsmi və "Sənin məzarın bizim qəlbimizdədir" yazısı olan köynəklə şəklini də paylaşıb.

A.Bağırov 1992-ci ilin iyunun 14-də Əsgəran rayonunun Naxçıvanik kəndi yaxınlığında şəhid olub.



Digər Xəbərlər
Xəbər Lenti