"Qarabağ" fərqlidir, "Vlajniya"dan daha güclüdür"

30 İyul 2021 11:00 Qarabağ 1 606
"Qarabağ" fərqlidir, "Vlajniya"dan daha güclüdür"

"Qarabağ" fərqli komandadır.

Rəqib II təsninaf mərhələsində üz-üzə gəldiyimiz Albaniya "Vlajniya"sından daha güclüdür".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Kiprin AEL (Limassol) klubunun baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının III təsnifat mərhəəsində qarşılaşacaqları "Qarabağ" haqqında danışarkən deyib.

Limassol şəhərini təmsil edən kollektiv Konfrans Liqasının II təsnifat mərhələsində Albaniya "Vlajniya"sını üstələyib. "Vlajniya" həm səfərdə, həm də öz meydanında eyni hesabla uduzub - 0:1.

45 yaşlı mütəxəssis Ağdam təmsilçisi ilə matçları səbrsizliklə gözlədiklərini bildirib: "Cütün taleyi iki oyunda həll olunur. Növbəti mərhələyə vəsiqə qazanacağımıza inanıram".

"Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.

Səfərdəki matç Bakı vaxtı ilə saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti