Əməkdaşlıq üçün “Qarabağ”a qayıtdı, isti qarşılandı - FOTOLAR

19 Fevral 2021 18:00 Qarabağ 833
Əməkdaşlıq üçün “Qarabağ”a qayıtdı, isti qarşılandı - FOTOLAR

"Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqolli bu gün Bakıya gəlib.

O, səfər zamanı Ağdam klubunu ziyarət edib.

Sportinfo.az-ın klubun rəsmi sosial şəbəkə səhifələrinə istinadən yaydığı xəbərə görə, albaniyalı ilə uşaq futboluna dair potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.

Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. 38 yaşlı futbolçu komandanın heyətində 5 dəfə ölkə çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb.

O, “Qarabağ”dan ayrıldıqdan sonra ABŞ-ın "Nyu-York Kosmos" klubuna keçmişdi. Aqolli hazırda Amerikada özünün yaratdığı uşaq futbol akademiyasında faəliyyət göstərir.

Digər Xəbərlər
Xəbər Lenti