Azərbaycanda sosial təminat xərcləri də artırılır

23 Sentyabr 2023 07:10 Araşdırma 1 104
Azərbaycanda sosial təminat xərcləri də artırılır

Gələn il proqnozlaşdırılan sosial müdafiə və sosial təminat üzrə xərcləri açıqlanıb.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 542,2 milyon manat (xüsusi çəkisi 12,5 faiz) ayrılması proqnozlaşdırılır.

2023-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər 4 315 933 969 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün müdafiə və sosial təminat üzrə xərclər 5 faiz artırılır.

Digər Xəbərlər
Xəbər Lenti