Gələn mövsüm Premyer Liqada neçə klubun olacağı dəqiqləşdi

14 Noyabr 2020 16:20 Premyerliqa 2 832
Gələn mövsüm Premyer Liqada neçə klubun olacağı dəqiqləşdi

AFFA Premyer Liqa iştirakçılarının sayını artırmaq qərarını qətiləşdirib.

Sportinfo.az-ın məlumatına görə, Rövnəq Abdullayev bununla bağlı son göstərişini verib.

O. federasiya mənsublarına gündəmdəki məsələdən irəli gələn təşkilati problemləri həll etməyi tapşırıb.

2016-cı ildən etibarən elitada klub sayı 8-ə düşüb. AFFA hələ bu ilin əvvəlində iştirakçı artımına getmək yönündə mövqe ortaya qoymuşdu. İcraiyyə Komitəsində müzakirəyə çıxarılan mövzunun inkişafına sonra koronavirus pandemiyası mane oldu.

İndi isə situasiya bir qədər fərqlidir. Dağlıq Qarabağın erməni işğalından qurtarılmasından sonra AFFA da Premyer Liqanın sərhədlərini genişləndirməyi lazım bilir.

İstiqamət də bəllidir – qərb bölgəsi. Növbəti mövsümdən «Turan Tovuz» və «Kəpəz»i yüksək liqada görəcəyik.

Maliyyə mənbəyi? Təbii ki, əsas rolu yenə SOCAR ifa edəcək.

Rövnəq Abdullayev prezidenti olduğu neft şirkətinin müvafiq şöbələrinə AFFA ilə bu istiqamətdə tədbirlər görməsinə dair göstəriş verib.

Digər Xəbərlər
Xəbər Lenti