Premyer Liqada virusa yoluxanlar və şübhə altında olanlar

8 Noyabr 2020 09:40 Premyerliqa 511
Premyer Liqada virusa yoluxanlar və şübhə altında olanlar

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardan koronavirusa yoluxanların adları açıqlanıb.

Bu, IX turun bugünkü matç gününə yekun vuran "Səbail" - "Sumqayıt" görüşündən sonra mətbuat konfranslarında qeyd olunub.

Qonaqların baş məşqçisi Ayxan Abbasov yarımmüdafiəçisi Səbuhi Abdullazadənin COVİV-19 testinin pozitiv çıxdığını bildirib: "Bunu gizlətməyə ehtiyac yoxdur. Səbuhi U-21 millimizin üzvüdür. Virus bir neçə komandada var"

Aftandil Hacıyev isə müdafiəçisi Kamal Qurbanovda, habelə texniki heyətin bir üzvündə koronavirus aşkarlandığını bildirib:

"Klubun həkimi Mahir Ələsgərovun testi pozitiv olub. İki həftəlik təcriddən sonra qayıdacağına inanırıq. Müdafiəçi Kamal Qurbanov da koronavirusa yoluxub. Bu infeksiya məşhur oyunçulara da təsir edib".

Bu, yekun siyahı deyil. Ümumiyyətlə, virusa yoluxma şübhəsi olanların sayı artq 10-u keçib. Belələri "Sabah"da, "Zirə"də, "Neftçi" və başqa klublarda da var.

"Neftçi"dən Prins İbaranın xəstəliyə mübtəla olması öncədən bəlli idisə, "Sabah"dan Bəhlul Mustafazadə ilə Elşən Abdullayev, "Zirə"dən Ali Sissey həkim nəzarətinə alınıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti