Premyer Liqada yeni mövsüm nə vaxt start götürəcək?

27 İyun 2020 12:58 Premyerliqa 969
Premyer Liqada yeni mövsüm nə vaxt start götürəcək?

Azərbaycan Premyer Liqasında yeni mövçüm avqustun 15-24-ü aralığında start götürə bilər.

Sportinfo.az-ın məlumatına görə, Peşəkar Futbol Liqası və AFFA hazırda bununla bağlı məsləhətləşmələr aparır.

Sonuncu sezona vaxtından əvvəl yekun vurmaq barədə ortaq məxrəcə gələn hər iki qurum gələn çempionatı avqusta saxlamaq fikrində deyil. Təbii ki, yenə də hər şey Nazirlər Kabinreti yanında Operativ Qərargahın qərarlarından asılıdır.

Hazırkı qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejismi avqustun 1-dək qüvvədədir. Bu müddət uzadılmasa, Premyer Liqa klubları göstərilən tarixdə açılış edəcək. Artıq onlara şifahi şəkildə bildirilib ki, hazırlıq planlarını buna uyğun şəkildə qursunlar.

Digər Xəbərlər
Xəbər Lenti