Kosta-rikalı hücumçu Azərbaycandan təklif alıb?

15 Dekabr 2019 11:49 Premyerliqa 1 015
Kosta-rikalı hücumçu Azərbaycandan təklif alıb?

Kosta-Rikanın "Qvadelupe" klubunun hücumçusu Frank Zamora karyerasını Azərbaycanda davam etdirə bilər. Sportinfo.az xəbər verir ki, bunu "Qvadelupe"nin idman meneceri Robert Qarbanzo deyib.

O bildirib ki, 28 yaşlı forvard qış fasiləsində komandanı tərk edəcək. Qarbanzonun sözlərinə görə, Zamoranın Azərbaycana yollanmaq ehtimalı daha çoxdur:

"Futbolçunun legioner həyatı yaşamaq şansı yüksəkdir. Kosta-Rikadan heç bir komandadan təklif almayıb. Həmçinin, bizim də onu yerli klublardan birinə göndərmək fikrimiz yoxdur.

Ölkə xaricindən iki təklifimiz var. Biri Azərbaycan klubudur, digəri isə Asiyada çıxış edir. Yaxın günlərdə daha ətraflı məlumat verə biləcəyik. Hələlik ən real təklif Azərbaycandandır".

Frank Zamora karyerası ərzində yalnız Kosta-Rika klublarında çıxış edib. Forvardın "Qvadelupe" ilə müqavilə müddəti gələn ilin dekabrına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti