"Qarabağ"dan başqa kimin güclü olmasını demək mənim üçün çətindir"

10 Aprel 19:20 Premyerliqa 500
"Qarabağ"dan başqa kimin güclü olmasını demək mənim üçün çətindir"

"Qarabağ" çempionluğunu sona 8 tur qalmış rəsmiləşdirdisə, avrokuboklara gedəcəyi daha öncədən məlum idi.

İndi hər kəsi düşündürən, yayda ölkəmizi Avropada təmsil edəcək digər 3 xoşbəxtin kimliyidir.

3 yerə 6 namizəd var.

Söhbət "Neftçi", "Zirə", "Sumqayıt", "Sabah", "Səbail" və "Turan Tovuz" klublarından gedir.

Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov məhz adıçəkilən klubların bu mübarizədə şanslarını dəyərləndirib:

"İkinci pilləni kimin tutacağını demək mənim üçün çox çətindir. Komandalar bir-birinə çox yaxındır.

Bu yerə namizəd göstərilən "Neftçi", "Zirə", "Sabah", "Səbail" və "Sumqayıt" bir-birinə qalib gəlmək iqtidarındadır. Kimin güclü olacağını demək, inanın ki, mənim üçün də çətindir.

"Zirə"nin son qələbələri ikinci yerə iddialı olmasını göstərdi. Xüsusilə "Sabah" üzərindəki qələbə.

Amma bu da o demək deyil ki, "Zirə" 100% ikinci pillədə olacaq. Düşünürəm ki, medallardan birinə "Neftçi" sahib ola bilər.

Amma bir-biri ilə oyunlarda şanslar 50-50-yə olacaq. Sadəcə oyun günü kim daha yaxşı formada olacaqsa, o da qalib tərəf olacaq".

XANOĞLAN

Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU