"Komandamdan yaxşı oyun gözləyirdim" - Tərlan Əhmədov

2 Oktyabr 2022 20:10 Premyerliqa 1 037
"Komandamdan yaxşı oyun gözləyirdim" - Tərlan Əhmədov

Azərbaycan Premyer Liqasının VIII turunda keçirilən "Sumqayıt" - "Kəpəz" matçından (0:0) sonra qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırdı.

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

-Maraqlı oyun oldu. Samir Abasova yeni işində uğurlar arzu edirəm. Komandamdan yaxşı oyun gözləyirdim. Autsayderlərin dueli idi. Əla çıxış etdik. Komandanın oyunu ümid verdi. Gələcəkdə nəticə əldə edə bilərik. Bu gün qələbə qazana bilərdik. Sanki futbolçularımda inam azdır. 6 məğlubiyyətdən sonra komandanı toparlamaq çətindir. Yavaş-yavaş bunun öhdəsindən gəlirik. Komanda meydanda çox güc sərf etdi. Oyuna nəzarət edən tərəf biz idik. Epizodlarımız oldu. Lakin hələ o soyuqqanlılıq yoxdur. Futbolçularımla fəxr edirəm. Gələcəkdə daha yaxşı ola bilərik.

- Georgi Kantariyanın artıq çəkidən əziyyət çəkdiyi görünür...
- Kantariyanın çəkisi artıq deyil. Normaldır. Biz çəkiyə görə penalti vuran təyin etmirik. Kantariya soyuqqanlıdır və ən yaxşı penalti vuranlarımızdandır. Bu gün matçın da ən yaxşılarından idi. Biz oyunçunun texniki gücünə, məşqlərdə hansı səviyyədə olduğuna baxırıq. İlk penalti vuranımız Əfran İsmayılov idi. Oyundan əvvəl məşqdə zədələndi və məcburi dəyişiklik etdik. Bu gün 1 xal qazandıqsa, 2-ni itirdik.

- Erqemlidze sanki oyuna həvəssiz daxil oldu.
- Kənardan necə görünməyi başqadır. Biz oyunçunun meydana necə daxil olmasını müşahidə etmirik. Onda istəksizlik hiss etmədim.

Digər Xəbərlər
Xəbər Lenti