Derbini uduzan "Neftçi"yə 500 manat cərimə kəsildi

4 İyun 2022 02:00 Premyerliqa 636
Derbini uduzan "Neftçi"yə 500 manat cərimə kəsildi

AFFA İntizam Komitəsi "Zirə" və "Neftçi"ni futbolçularına görə cərimələyib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında XXVIII turun “Şamaxı” ilə ev oyununda “Zirə”nin legioneri Hamidu Keyta təcavüzkar davranışa yol verdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsi onu 2 oyunu şərti olmaqla 4 matçlıq cəzalandırıb, klubu isə 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Neftçi” isə "Qarabağ"la səfər görüşündə (4:1) 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb.

Digər Xəbərlər
Xəbər Lenti