Elxan Məmmədov iddia etdi: “Premyer Liqada böyük rəqabət var”

19 May 2021 19:20 Premyerliqa 797
Elxan Məmmədov iddia etdi: “Premyer Liqada böyük rəqabət var”

“Bu gün Premyer Liqada çox maraqlı mövsümə yekun vurulacaq. Sözün əsl mənasında – çox maraqlı!”

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O, təmsil etdiyi qurumun feybuk səhifəsinə Azərbaycan Premyer Liqanın 2020/2021 mövsümün şərh edib: “Aylar öncə qeyd etmişdik: çempionatımızda böyük rəqabət var və budur, son tur ərəfəsindəyik – hələ çempion bəlli deyil.

Nəinki 3-cü və 4-cü pillənin sahibi müəyyənləşməyib, hətta 5, 6, 7 və 8-ci yeri hansı komandanın tutacağı da bilinmir.

Pandemiya dövründə futbol yarışlarının keçirilməsinə icazə verən Nazirlər Kabineti yanında Operativ Qərargaha və COVİD-19-la bağlı AFFA-nın müvafiq prosedurlarına riayət edən bütün aidiyyəti üzrə şəxslərə təşəkkür edir,

koronavirusla əlaqədar heç da asan olmayan dövrdə mövsümü başa vuran komandalarımızı təbrik edirik!”.

Digər Xəbərlər
Xəbər Lenti