“Sabah” fərqləndi

8 Mart 2021 16:50 Premyerliqa 468
“Sabah” fərqləndi

Azərbaycan Premyer Liqasında XIX tura start verilir.

Sportinfo.az xəbər verir ki, bu gün turun ilk iki oyunu keçiriləcək.

Hər iki görüş Bakıda baş tutacaq. Əvvəlcə autsayder “Sabah” meydana çıxacaq. 2021-ci ildə qələbə üzünə həsrət olan (2 heç-heçə, 3 məğlubiyyət) paytaxt təmsilçisi bu tilsimi “Sumqayıt”la matçda qırmağa çalışacaq.

Son üç matçda qalib gələ bilmədiyi üçün 4-cü pillədəki mövqeyini təhlükə altına atan “kimyaçılar” da səfərə uğursuz seriyanı bitirmək üçün yollanıb.

Lider “Neftçi” paytaxt derbisində “Keşlə”ni sınağa çəkəcək. Sənan Qurbanovun baş məşqçi postuna təyinatının ardından son 3 oyunda rəqibləri ilə sülh bağlayan “Keşlə” flaqmana da eyni aqibəti yaşatmaq niyyətindədir.

Lakin “Neftçi”nin çempionluq yolunda aşağı pillələrdə olan və son üç dueldə üstələdiyi komandanı məğlub etməkdən başqa yolu yoxdur.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Qəbələ” “Səbail”i (15:00), “Zirə” isə “Qarabağ”ı (17:15) qəbul edəcək.

8 mart (bazar ertəsi)

16:00. “Sabah” – “Sumqayıt” 1:0

Qol: Təmkin Xəlilzadə, 34
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov
“Sabah”: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 4. Bəhlul Mustafazadə (k), 34. Bəxtiyar Həsənalızadə, 28. Kevin Kubemba, 30. Mario Marina, 48. Dmitro Klots, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriges, 6. Şakir Seyidov
Baş məşqçi: Visente Qomes
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 5. Camaləddin Xocaniyazov, 4. Höccət Haqverdi, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov
“Bank Respublika Arena”

18:15. “Neftçi” – “Keşlə”
Hakimlər:
Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı
“ASK Arena”

1

Neftçi

18

11

3

4

23-18

36

2

Qarabağ

18

10

6

2

42-13

36

3

Zirə

18

7

8

3

23-18

29

4

Sumqayıt

18

6

6

6

20-21

24

5

Qəbələ

18

5

6

7

16-26

21

6

Səbail

18

4

5

9

18-28

17

7

Keşlə

18

3

7

8

17-27

16

8

Sabah

18

4

3

11

18-26

15

Bombardirlər: Mahir Emreli ("Qarabağ") - 12 qol, Namiq Ələsgərov ("Neftçi") - 11 qol

Digər Xəbərlər
Xəbər Lenti