“Neftçi”nin hücumçusu bu dəfə qola həsrət qaldı - VİDEO

18 Noyabr 2020 00:42 Neftçi 793
“Neftçi”nin hücumçusu bu dəfə qola həsrət qaldı - VİDEO

Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilir.

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin hücumçusu Prins İbaranın şərəfini qoruduğu Konqo yığması qrup mərhələsinin IV turunda Esvatini ilə səfərdə qarşılaşıb.

Manzinidəki matçda start heyətində meydana daxil olan İbara yalnız 86-cı dəqiqədə əvəzlənib. Üç gün əvvəl bu komanda ilə ev görüşündə 1 qol, 1 məhsuldar ötürmə ilə qələbənin memarı olan (2:0) forvard bu dəfə qolsuz bərabərliyi poza bilməyib – 0:0.

Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran Konqo qrupda ikinci pillədəki mövqeyini möhkəmlədib.

Digər Xəbərlər
Xəbər Lenti