"Neftçi"nin üzünü görməyəcək - Transfer planı baş tutmadı

15 Avqust 2020 19:02 Neftçi 1 196
"Neftçi"nin üzünü görməyəcək - Transfer planı baş tutmadı

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şkupi"nin transfer planı baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, Şimali Makedoniya təmsilçisi "Vardar"ın yarımmüdafiəçisi Daniel Avramovskini heyətinə qata bilməyib.

Çair klubu 25 yaşlı pleymeykerə təklif göndərsə də, Avramovski legioner həyatı yaşamağı üstün tutub. Şimali Makedoniya millisinin üzvü "Kayserispor"la müqavilə bağlayıb. Bu keçid Türkiyə klubuna 150 min avroya başa gəlib.

Avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti