"Neftçi"nin rəqibi azərbaycanlı futbolçu aldı - FOTO

10 Avqust 2020 17:10 Neftçi 1 688
"Neftçi"nin rəqibi azərbaycanlı futbolçu aldı - FOTO

"Qarabağ" və "Neftçi"nin keçmiş futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını Şimali Makedoniyada davam etdirəcək.

O, yüksək liqa təmsilçisi "Şkupi"yə keçib. Elvin yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Azərbaycan millisində də forma geyinmiş müdafiəçi "Neftçi", "Qarabağ", "Səbail" və Bosniya və Herseqovinanın "Çelik" klublarında da çıxış edib.

"Şkupi" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti