"NEFTÇİ": Bu gün onların günüdür - TƏSİRLİ VİDEO

28 May 2020 09:28 Neftçi 452
"NEFTÇİ": Bu gün onların günüdür - TƏSİRLİ VİDEO

"Neftçi" 28 may - Respublika günü münasibətilə süjet hazırlayıb.

Sportinfo.az xəbər verir ki, süjetdə klub və Azərbaycan Demokratik Cümhuriyyəti arasında "Keçmiş bizim, gələcək bizim" devizi ətrafında paralellər axtarılıb.

Videomətndə deyilir: "Tarixi varlığımızı dünyaya bəyan edənlər tariximizi yazanlardır. Ya da elə tarixin özüdürlər. Bu gün onların günüdür. 102 il əvvəl də, bu gün də "Keçmiş bizim, gələcək bizim" deyirik. 102 il əvvəl də, bu gün də ruhumuz da, sözümüz də, özümüz də azadıq".

Daha sonra süjetdə klubun əsas, U-19 və U-14 və U-11 komandalarının müvafiq kapitanları Emin Mahmudov, Mehmet Ali Serin, Murad Məmmədov və Rüstəm Hüseynlinin fikirlərinə yer verilib.

Digər Xəbərlər
Xəbər Lenti