"Petrov getməlidir!" - Rəhbərlik Bordin qarşısında tələb qoydu

1 Noyabr 2019 18:36 Neftçi 941
"Petrov getməlidir!"  - Rəhbərlik Bordin qarşısında tələb qoydu

"Neftçi" rəhbərliyi Roberto Bordin qarşısında yeni tələblə çıxış edib.

Sportinfo.az-ın məlumatına görə, baş məşqçidən dekabrda Kirill Petrovu əsas komandadan uzaqlaşdırması istənilib.

Buna əsas kimi ukraynalı legionerin kollektivdaxili ab-havanı pozması göstərilib. Rəsmilər iddia edir ki, Petrov onlar haqda futbolçularda mənfi fikir yaradır, subardinasiya qaydalarına əməl etmir.

2017-ci ilin yanvarından ağ-qara formanı geyinən müdafiəçinin müqaviləsi gələn ilin iyununda başa çatacaq. Bunadək onun sözləşməsi iki dəfə uzadılıb. Petrov Bordinin "ən yaralı yeridir".

İtalyan mütəxəssis futbolçular arasında ən çox ukraynalı ilə yaxındır. Petrov dəfələrlə klub təmsilçilərinin üzünə qayıdıb, çətin vəziyyətə salıb.

Kamran Quliyev də bu siyahıdan yan keçməyib. Prezident oyunların birində paltardəyişmə otağına daxil olaraq futbolçuları təbrik etmək istəyənlə, ukraynalı legioner tərəfindən məsxərəyə qoyulub.

Digər Xəbərlər
Xəbər Lenti