"Neftçi"nin sabiq üzvünə 651 manat verdilər - FOTO

22 Oktyabr 2019 18:04 Neftçi 1 559
"Neftçi"nin sabiq üzvünə 651 manat verdilər - FOTO

2015-2017-ci illərdə “Neftçi”də çıxış etmiş Jayro Rodriges Hindistan çempionatında keçirilən oyunun adamı seçilib.

Sportinfo.az xəbər verir ki, hazırda bu ölkənin “Kerala Blasters” klubunda çıxış edən braziliyalı ilk turda ATK ilə görüşdə ən yaxşı adına layiq görülüb.

Çempionatın sponsoru tərəfindən Jayroya 25 min Hindistan rupisi (651, 60 manat – red) mükafat verilib. 26 yaşlı müdafiəçi “Neftçi”dən ayrıldıqdan sonra müvafiq olaraq İranın “Sepahan”, Yaponiyanın “Montedio Yamaqata” və İndoneziyanın “Persela Lamonqan” klublarında oynamışdı.

Digər Xəbərlər
Xəbər Lenti