6 oyuna bir qol vuran Dabo 35-ci dəfə...

21 Oktyabr 2019 15:17 Neftçi 546
6 oyuna bir qol vuran Dabo 35-ci dəfə...

“Neftçi”nin fransalı hücumçusu Baqali Dabo Premyer Liqanın cari mövsümündə ilk qolunu vurub.

Sportinfo.az xəbər verir ki, bu mövsüm meydana çıxdığı 5 oyunda rəqib qapısına yol tapa bilməyən forvard 6-cı görüşündə - “Zirə” ilə VIII tur qarşılaşmasında adını tabloya yazdırıb.

Bu, 3:0 hesablı qələbədə pay sahibi olan Dabo üçün yubiley qolu olub. O, Premyer Liqada 35-ci dəfə topu rəqib qapısından keçirib.

Fransalı bu qollardan 15-i “Neftçi”nin heyətində vurulub. İlk dəfə 2016/17 mövsümündə fərqlənən fransalı digər 20 qolunu “Qəbələ”nin heyətində vurub. “Zirə” ilə görüş həm də Baqalinin Premyer Liqadakı yubiley – 75-ci oyunu olub. O, “Qəbələ”də 43, “Neftçi”də 32 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti