"Neftçi"yə niyə uduzdular? – Polyak səbəbləri sadaladı

25 Yanvar 2022 12:40 Neftçi 976
"Neftçi"yə niyə uduzdular? – Polyak səbəbləri sadaladı

"Qarşılaşmanın ilk hissəsində çoxlu nikbinlik var idi, bu səbəbdən, razı qaldım".

Sportinfo.az xəbər verir ki, bunu "Qurnik"in (Leçna) baş məşqçisi Kamil Keres "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları yoxlama oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

48 yaşlı mütəxəssis birinci yarıda topa rəqibdən daha çox nəzarət etdiklərini bildirib: "Qol imkanları yaratdıq və hesabı açmaq üçün də imkanlarımız oldu.

İkinci yarıda yeni futbolçulara şans verdik, səhvlərimiz çox oldu. Son 15 dəqiqə də bizim üstünlüyümüzlə keçdi.

Qapıya zərbələr endirdik, amma hesabı bərabərləşdirmək mümkün olmadı".

Digər Xəbərlər
Xəbər Lenti