“Neftçi”də təcili müşavirə - Samir Abasovun “qələmi qırıldı”, onun yerinə axtarış başladı

23 Noyabr 2021 16:00 Neftçi 1 401
“Neftçi”də təcili müşavirə - Samir Abasovun “qələmi qırıldı”, onun yerinə axtarış başladı

“Neftçi” rəhbərliyinin baş məşqçi ilə bağlı planları dəqiqləşib.

Premyer Liqanın son 3 turunda məğlubiyyətlə üzləşən komanda Samir Abasovun əlindən alınacaq.

Bu, ümumi məsləhətləşmə ilə verilən qərardır. Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovun tələbi və təkidi ilə.

Rəsmilər arasında gedən müzakirələr zamanı bəzi futbolçuların da rəyi öyrənilib. Xüsusən yerlilərin. Komanda üzvləri Abasovdan şikayətini çatdırıb, müəyyən faktlar sadalayıb.

Bildiriblər ki, baş məşqçi kollektiv arasında ayrı-seçkilik toxumları səpib və indi Sabir Buqrinin timsalında əksər legionerlər bu vəziyyətdə qalıb oynamaq istəmir. Yekun fikir budur ki, problem vaxt itirilmədən həllini tapmalıdır.

Abasov «Sabah»la oyundan sonra istefa verəcəyini iddia edib. Gənc çalışdırıcı qarşılaşmanın ardından paltardəyişmə otağına gələrək, futbolçularla sağollaşıb.

Abasov Premyer Liqaya ardıcıl 3 məğlubiyyətin «Neftçi»yə yaraşmadığını, bu üzdən vəzifəsindən ayrılmaqq istədiyini bildirib: «Gəldim ki, sizinlə sağollaşım, sonra istefa ərizəsi yazmağa gedəcəm».

Samir bəy dediyini etməyib. Amma onun yerinə axtarışlar 2 gün öncə başlayıb. Bu barədə müəyyən bilgilərə sahibik və onları da yaxın saatlarda ictimailəşdirəcəyik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti