"Neftçi"dən daha bir transfer… BÖYÜK MƏBLƏĞ ÖDƏNİLDİ

9 Sentyabr 2021 11:40 Neftçi 2 275
"Neftçi"dən daha bir transfer… BÖYÜK MƏBLƏĞ ÖDƏNİLDİ

"Neftçi" ilkin razılıq əldə etdiyi Xorxe Korreanın viza məsələsini yoluna qoyub

28 yaşlı yarımmüdafiəçi 1-2 günə Bakıya gələcək. Argentinalı tibbi müayinədən sonra rəsmi müqavilə imzalayacaq.

O, son olaraq Portuqaliyada "Maritimu"nun formasını geyinib.

Bu anlaşma bakılılara kifayət qədər yüksək məbləğə başa gəlib. Belə ki, paytaxt təmsilçisi cənubi amerikalını 300 min dollara razı salıb.

“Velez Sarsfild” yetirməsi olan 28 yaşlı vinger bir ara “Defensor”da oynadıqdan sonra ardınca öz klubuna qayıdıb.

2018-ci ildən isə Portuqaliya klubunda çıxış edən argentinalının “Neftçi”yə keçə biləcəyi ehtimal edilir.

Məşhur "transfermarkt" Xorxeni "Maritimo" futbolçusu kimi göstərsə də, klub onu yeni mövsüm üçün Portuqaliya Futbol Federasiyasına sifariş etməyib.

1,70 sm boya malik futbolçu sol və sağ vinger kimi oynaya bilir. Bununla yanaşı o, yarımmüdafiənin mərkəzində də oynamağı bacarır.

"Ağ-qaralar" bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər Romen Bask, Huqo Basto və hücumçular - Tiaqo Bezerra ilə Ramon Maçadonu heyətinə qatıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti