"Neftçi" "Qarabağ"ın, "Qarabağ" da "Neftçi"nin qisasını alınca…

12 May 2021 09:40 Neftçi 1 013
"Neftçi" "Qarabağ"ın, "Qarabağ" da "Neftçi"nin qisasını alınca…

"Neftçi" Bayılda "Səbail" üzərində qazandığı böyükhesablı qələbə ilə "Qarabağ"ı qıcıqlandırmışdı.

Ağdamlıların Masazır səfərində bu, açıq sezilirdi.

İstənilən xal itkisi "Neftçi"nin liderlikdə önə çıxmasını şərtləndirirdi. Qurban Qurbanov start heyətində dəyişiklər etmişdi.

Əsas da Kvabena Ovusunun olmaması hücum potensialını artırmışdı. Seçimin doğruluğu artıq birinci hissədə özünü artıqlamasıyla göstərdi. Sanki bəhsə girimişlər kimi davrandılar.

Ötən turlarda "Səbail" "Qarabağ"ı büdrətmişdi, "Sabah" da "Neftçi"ni. Çempionluğa iddiaçılar özləri də hiss etmədən bir-birinin qisasını almış oldular.

Qalib heyəti dəyişməzlər. "Sabah" son turlarda Ramin Quliyevin sayəsində özünə gəlirdi. "Qarabağ" nə qədər güclü olsa da, məşqçi təcrübəsizliyi özünü göstərdi.

Cinahlarda Kubenba-Fofana cütlüyü özünü doğrultsa da, bu oyunda biri ehtiyata atılmışdı. Müdafiə və orta sahədə dəyişiklər "Sabah"a mənfi təsir etmişdi.

Əks-hücumlara bel bağlayan çalışdırıcının planları baş tutmadı. "Qarabağ" bu dəfə meydanda daha istəkli görünürdü.

Əvvəlki matçlarda Ovusu qol vurmasa, imkanları sağa-sola xərcləsə də, bununla kifayətlənmirdi. Hücum bölgəsində yersiz, topsuz hərəkətləri, mənasız yer seçimləri, taktiki savadsızlığı ilə komanda yoldaşlarına mane olurdu.

Abdullah Zubir, digər yarımmüdafiəçilər qapıya doğru hərəkətdə istədiklərini edə bilmirdilər. Bu dəfə isə hər şey alınırdı. Romero, Mahir, Zubir və Andrade öz oyunları, anlaşmaları ilə müdafiəçilərin başını giccəlləndirirdilər.

Qara, Maksim, İsmayıl və Elvinin dəstəyi ilə rəqib üzərinə təzyiq daha da güclənirdi. O üzdən qollar özünü çox gözlətmədi.

Fasiləyə qədər matçın taleyi 4 cavabsız topla həll edildi. İkinci yarı artıq formal xarakter daşıyırdı.

Finişə iki tur qalmış liderlər intriqanı qoruyub saxlayırlar. Final tək son tur olmayacaq. Final oyunları növbəti turdan başlayır və xal itirmək limitləri yoxdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti