"Neftçi" belə hadisəyə sevinməmişdi, nəhayət…

15 Fevral 2021 13:40 Neftçi 618
"Neftçi" belə hadisəyə sevinməmişdi, nəhayət…

Namik Ələskərov son 8 mövsümdə “Neftçi”nin heyətində “Qarabağ”la oyunda birdən artıq qol vuran ilk futbolçu olub.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Premyer Liqanın XV turunun səfər oyununda vurduğu iki topla 2:1 hesablı qələbədə pay sahibi olub.

2012/2013 mövsümündən sonra paytaxt təmsilçisinin heç bir üzvü derbidə dubla imza atmamışdı.

“Neftçi”nin “Qarabağ”a 2 qol vuran sonuncu oyunçusu Nikolas Kanales olub. O, 2012/2013 mövsümünün sonunda fərqlənib.

Çilili forvardın dubl müəllifi olduğu 2013-cü ilin 4 may qarşılaşmasında da bakılılar 2:1 hesablı səfər qələbəsi qazanıb. Sonrakı 25 çempionat görüşündə paytaxt təmsilçisi belə hadisəyə sevinməyib.

Digər Xəbərlər
Xəbər Lenti