Ermənilər şəkilli qəbir daşlarımızı baxın hara döşəyib - VİDEO+FOTOLAR

4 Noyabr 2023 03:40 Araşdırma 1 601
Ermənilər şəkilli qəbir daşlarımızı baxın hara döşəyib - VİDEO+FOTOLAR

Azərbaycanlılar Ermənistandan deportasiya olunandan sonra Ermənistandakı, eyni zamanda, işğal zamanı Qarabağdakı azərbaycanlılara məxsus qəbiristanlıqdan mərmər başdaşıları sökən ermənilər onları müxtəlif şəkildə istifadə edib.

Bu başdaşılardan mağazaların döşəməsində də istifadə edildiyi üzə çıxıb.

Bu barədə məlumat və fotoları tarixçi alim Zaur Əliyev paylaşıb.

O bildirib ki, qəbiristanlıqlardan toplanmış azərbaycanlılara məxsus məzar daşlarının döşəndiyi mağaza Ermənistanda yerləşir:

“Üzərində rəhmətə getmiş azərbaycanlıların rəsmləri olan mərmər daşlar ayaq altında, döşəmədə istifadə edilib”.

Alim xatırladıb ki, bunu jurnalist Natalya Aleksandrovna görüb, kadrlar çəkib. Faktı bloger Roman Baqdasaryan da təsdiq edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"