Milli qələbə qazandı, Mahir "canlı" açdı, Rinat tənqid olundu, Höccət isə... FOTOLAR

21 Noyabr 2022 20:00 Maraqlı 1 285
Milli qələbə qazandı, Mahir "canlı" açdı, Rinat tənqid olundu, Höccət isə... FOTOLAR

Azərbaycan millisi Moldovanın ardınca Şimali Makedoniya səfərində də qələbə qazanmağı bacardı - 3:1.

Yoxlama görüşlərindəki ardıcıl qələbələr futbolçuların da əhvalını əməlli-başlı yüksəldib.

Belə ki, matçdan bir qədər sonra Mahir Emreli öz instaqram hesabında izləyicləri üçün canlı yayım açıb.

Onun izləyiciləri ilə səmimi söhbətinə millidəki digər komanda yoldaşları - Rinat Dadaşov və Höccət Haqverdi də qoşulub.

Rinatın rus dilində danışması "Rinat, Azərbaycan dilin bilmir?" iradı ilə qarşılanıb. "Dinamo"nun forvardı isə "Yox, aramızda danışanda hər şeyi başa düşür, sadəcə danışanda bir qədər çətinlik çəkir" - deyə irada cavab bildirib.

Höccət Haqverdi Rinatdan fərqli olaraq hər kəsi Azərbaycan dilində salamlayıb və bir müddət şərəfini qoruduğu "Sumqayıt" komandasının təmsil olunduğu Sumqayıta öz xüsusi salamını yollayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti