"Sabah" qalibiyyəti əlinin içindən qaçırdı - FOTOREPORTAJ

30 Noyabr 2020 09:20 Şamaxı 413
"Sabah" qalibiyyəti əlinin içindən qaçırdı - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

"Keşlə" "ASK Arena"da "Sabah"la heç-heçə edib - 1:1.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. 54-cü dəqiqədə meydan sahibləri azlıqda qalıb. Con Kamara qırmızı vərəqə alaraq, meydandan qovulub.

4 dəqiqə sonra qonaqlar Kevin Kubembanın qolu ilə hesabı açıb. 85-ci dəqiqədə isə Sezar Meza Kolli tarazlığı bərpa edib.

86-cı dəqiqədə İlkin Qırtımov ikinci sarı vərəqəni görüb və "Keşlə" meydanda 9 nəfərlə qalıb. Bu heç-heçədən sonra xallarının sayını 13-ə çatdıran "Keşlə" 5-ci pillədə qalıb. Masazır təmsilçisi isə 10 xalla 6-cı sıradakı mövqeyini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti