"Keşlə": Olmasın Ramazanov, olsun Abbasov!

2 Yanvar 2020 10:15 Şamaxı 2 235
"Keşlə": Olmasın Ramazanov, olsun Abbasov!

«Səbail»dən ayrılan Ağabala Ramazanovu «Zirə»yə qapdıran «Keşlə»nin yeni hədəfi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu dəfə «Səbail»in başqa bir hücumçusuna göz dikib.

Tərlan Əhmədov «Neftçi»nin «dənizçilər»ə icarəyə verdiyi Mirabdulla Abbasovla görüşüb və onu öz komandasına dəvət edib. İcarə müqaviləsinə əsasən, mövsümün sonunadək Bayıl klubunun formasını geyinməli olan forvard «Keşlə»yə keçməyə razılıq verib.

O, Əhmədovla «Neftçi»dən tanışdır. 10 ay bir yerdə çalışıblar. «Səbail» artıq Mirabdullanın müqavilə şərtlərini yerinə yetirə bilmir və «Keşlə» də bundan istifadə etmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti