“Qəbələ”nin hücumçusu “Zirə“yə keçdi

21 Dekabr 2019 19:33 Şamaxı 1 058
“Qəbələ”nin hücumçusu “Zirə“yə keçdi

Xəbər verdiyimiz kimi, Davit Volkov “Qəbələ”nin yeni müqavilə təklifini qəbul etməyib. Sportinfo.az-ın məlumatına görə, 24 yaşlı hücumçu “Zirə“yə keçib.

Gürcü futbolçu bu ilin yanvarında “Qəbələ” ilə 1 illik müqavilə bağlamışdı. O, qış fasiləsində komandanı tərk edən ilk futbolçu olub. Maaşının iki dəfə artırılması tələbi yerinə yetirilmədiyi üçün.

“Keşlə“ klubu da gürcüstanlı legionerlə anlaşmağa çox yaxın idi. Onunla həmçinin “Sabah“ da maraqlanırdı. Amma Volkov üstünlüyü “Zirə“yə verib. “Qartallar“ forvardla 1,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti