"Keşlə" yeni transferini açıqladı - FOTO

11 Dekabr 2019 12:05 Şamaxı 989
"Keşlə" yeni transferini açıqladı - FOTO

Şohruh Qadoyev karyerasını "Keşlə"də davam etdirəcək. Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Özbəkistan millisinin üzvü ilə 1,5 illik müqavilə imzalayıb.

27 yaşlı yarımmüdafiəçi karyerasına "Nasaf" klubunda başlayıb. Daha sonra Bəhrəynin "Al-Muharraq" və Cənubi Koreyanın "Daejeon Sitizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunyodkor" klublarının da şərəfini qoruyub.

Qadoyev Özbəkistan milli komandasının heyətində 14 oyun keçirib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti