"İkinci yarıya çıxanda hakimdən üzr istədim" - Stanislav Namaşko

6 Dekabr 2019 22:03 Şamaxı 1 137
"İkinci yarıya çıxanda hakimdən üzr istədim" - Stanislav Namaşko

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasının 14-cü turunun “Qarabağ”la oyunundan sonra Sportinfo.az-a müsahibə verib:

- Bir xalı sizin üçün qazanc hesab etmək olar?
- Hansı komandaya qarşı oynadığımızı bilirdik. Bir xala görə əlbəttə ki, sevinirik. Üç xala köklənmişdik. Bir xal da bizim üçün yaxşı nəticədir. Elə oyun idi ki, uduza da bilərdik, uda da bilərdik.

- Əsas heyətdən bir neçə oyunçu bugünki görüşdə meydanda yox idi. Onlar da oynasaydı “Qarabağ”a qalib gələ bilərdiniz?
- Bu barədə nəsə demək çətindir. Onların əvəzinə meydana çıxan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər və bir xal qazandıq. Yenə də deyirəm ki, çətin rəqibə qarşı oynayırdıq.

- Mahir Emrelinin vurduğu qol zamanı yan xətt hakiminə etiraz edirdin. Həmin epizodda nə baş vermişdi?
- Hakimə etiraz bildirmədim. Sadəcə həmin anda topun qapı xəttini keçmədiyindən əmin idim. Ancaq sonradan mənə topun xətti keçdiyini dedilər. İkinci yarıya çıxanda hakimdən üzr istədim. Adətən mən belə şeyləri özümə sıxışdırmıram. Hakimlərə yaxınlaşıb etiraz etmirəm. Sadəcə həmin anda hisslərə qapıldım.

- Ölkə kubokunda da “Qarabağ”a qarşı iki oyununuz var. Eyni komandaya qarşı bu qədər çox oynamaq darıxdırıcı gəlmir?
- Daha fərqli komandalarla oynamaq istəyərdik. Amma olanlarla kifayətlənməliyik. "Qarabağ" və "Neftçi" kimi komandalara qarşı oyunlar, həm bizə, həm də gənc futbolçular üçün motivasiyadır. Fərqli komandalarla oynamaq istəyərdik. Amma olanlarla kifayətlənməliyik.

- "Keşlə" mövsümün birinci hissəsini turnir cədvəlində ikinci və ya üçüncü yerdə başa vuracaq. Bu nəticə sizi razı salır?
- Çempionat bizim üçün çətindir. Çünki mayın sonuna kimi hələ çox var. Hələ çempionat qarşıdadır. Mövsümün əvvəlində qarşımıza qoyulan məqsəd "üçlüy"ə düşməkdir. Ona görə də hər oyuna xal qazanmaq üçün çıxırıq. Nə qədər alınacağını mayın sonunda görəcəyik. Topladığımız xallar hardasa bizi qane edir. Bir az da çox xal toplaya bilərdik. Lakin hazırki mövqeyimiz bizi tam olaraq qane edir. Lakin bugünki nəticəyə görə avrokuboklara vəsiqə vermirlər. Bizim üçün əsas olan mayın sonuna neçə xalımızın, turnir cədvəlində hansı pillədə olmağımızdır.

- Moldova millisinə yeni, türkiyəli baş məşqçi təyin edilib. Yenidən milliyə qayıdışın baş tuta bilər?
- Məndə olan məlumata görə, bugünki gündə mənim namizədləyim yoxdur. Bugünki millidə məni nəzərə almırlar. Nəyə görə, niyə? Bunu onlara sual versəniz daha yaxşı olar. Hər halda yeni baş məşqçi var və qərarları da o verir.

Elnur Salahov

Digər Xəbərlər
Xəbər Lenti