Frutos: "Hədəfimiz Avropa Liqasıdır"

18 Sentyabr 2019 20:27 Şamaxı 340
Frutos: "Hədəfimiz Avropa Liqasıdır"

Cari mövsümdə 3 qol vuran "Keşlə"nin yeni hücumçusu Lorenzo "Tito" Frutos Sportinfo.az saytına müsahibə verib:


- Premyer Liqanın dördüncü turunda "Səbail"ə evdə məğlub oldunuz. Görüşü özünüz üçün necə dəyərləndirirsiz?
- "Səbail"lə oyun gözlədiyimiz kimi keçmədi. Qələbə qazanmaq istəyirdik, bunun üçün çox çalışdıq. Ancaq bəxtimiz gətirmədi və uduzduq. Buna görə çox təəssüflənirik.


- Niyə uduzduz? Bəxtiniz gətirmədi, yoxsa rəqibdən zəif oynadınız?
-Öz səhvlərimizə görə xalsız qaldıq. Rəqib ilk şansından yararlandı. Sonra da penaltidən qol buraxdıq. "Səbail" birinci hissədə iki qol vurdu. "Keşlə" daha üstün oynadı. Təəssüf ki, 1 xal da ala bilmədik.


- “Səbail”lə görüşdə qollarının sayını 3-ə çatdırdın. Mövsümü bombardir kimi başa vurmaq şanslarını necə qiymətləndirirsiz?
- Vurduğum qollara görə özümü xoşbəxt hiss edirəm. Əlbəttə, bu mövsüm bombardir olmaq istərdim. Amma ən önəmlisi hər oyunda komandama kömək etməkdir.

- Növbəti turda “Keşlə”nin rəqibi “Neftçi” olacaq. Hədəf üç xaldır, ya 1 xal da sizi razı salacaq?
- Yalnız qələbə haqqında düşünürük. Hər oyuna rəqib kim olur-olsun, 3 xal üçün çıxırıq. “Neftçi” əla komandadır. Onlar da qələbə qazanmaq istəyirlər. Məncə, maraqlı oyun olacaq.

- Komandanın bu mövsüm məqsədləri nədir?
- Xəyalım Çempionlar Liqasında oynamaqdır. Ən yüksək səviyyəyə çatmaq üçün sona qədər mübarizə aparacağıq. Hədəfiimiz Avropa Liqasıdır və buna nail olmaq istəyirik.

- “Keşlə”nin hücum xətti zəif oynamasa da, müdafiə qənaətbəxş təsir bağışlamır. Demək olar ki, komandaya yeni gələn oyunçular tam adaptasiya olmayıblar?
- Məncə, müdafiədə də yaxşıyıq. Sadəcə “Səbail”lə oyunda bir az bəxtimiz gətirmədi. Həmin oyundan əvvəl cəmi bir qol buraxmışdıq. Komandamız əla vəziyyətdədir və bütün çempionat boyu mübarizəyə hazırıq.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti