Paytaxt klubu bu futbolçunu istədi, "Neftçi" araya girdi

11 Yanvar 2022 23:40 Şamaxı 1 813
Paytaxt klubu bu futbolçunu istədi, "Neftçi" araya girdi

Qış transfer pəncərəsinin ən passiv komandalarından biri də "Keşlə"dir.

Paytaxt klubu Anatole Abanq və Azər Salahlı kimi əsas heyət üzvləri başda olmaqla artıq 5 oyunçu ilə yolları ayırdığını rəsmən açıqlayıb.

Əvəzində isə cəmi bir futbolçu - Fəhmin Muradbəyli "Neftçi"dən icarəyə götürülüb.

Baş məşqçi Sənan Qurbanovun istəkləri isə genişdi. Bir neçə mövqeyə sanballı oyunçu axtarışındadır. Həmin mövqelərdən biri də qapıdır.

Son dönəmlər Stanislav Namaşko əvvəlki formasından çox uzaqdır. Zaman-zaman ciddi səhvləri ilə yadda qalır. Ehtiyatda oturan Kamal Bayram isə meydana çıxdığı görüşlərdə ümidləri doğrultmayıb.

Bütün bunları yaxşı görən gənc mütəxəssis "Sumqayıt"dan Aydın Bayramovu komandasına cəlb etməyi planlayırmış. Amma bu istək də boşa çıxıb.

Dünəndən xəbər verdiyimiz kimi Bayramovla son çempion "Neftçi" danışıqlar aparır və qısa müddətdə bu sövdələşmənin reallaşacağı gözlənilir. Məhz bundan sonra Qurbanov istədiyi qapıçını başqa qapıda axtarmağa başlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti