Azərbaycanlı müdafiəçi Türkiyədən qayıtdı – Vəziyyəti necədir?

27 Dekabr 2021 16:40 Şamaxı 858
Azərbaycanlı müdafiəçi Türkiyədən qayıtdı – Vəziyyəti necədir?

"Əməliyyatdan sonra özümü yaxşı hiss edirəm.

Şükür Allaha, hər şey qaydasındadır. Hazırda istirahət edirəm".

Bunu Sportinfo.az-a açıqlamasında bir neçə gün əvvəl Türkiyədə əməliyyat olunan "Keşlə"nin müdafiəçisi Azər Salahlı deyib.

"Artıq Bakıdayam. Komandamızın təlim-məşq toplanışında iştirak edə biləcəm. Hazırlıq müddətində tam hazır olmağa çalışacam" - deyə milli komandamızın da üzvü olan Salahlı sözlərinə davam edib.

Təxminən 1 həftə əvvəl Azərin zədəsinin müayinəsindən sonra onda ikitərəfli qasıq yırtığı aşkar edilmişdi.

Bununla əlaqədar Salahlı Türkiyədə – “Liv Hospital”da uğurla əməliyyat olunub.

Digər Xəbərlər
Xəbər Lenti