Özün bu hərəkəti eləmisən, özün də 3400 manatı ödə - Paytaxt klubu qərar qəbul etdi

17 Sentyabr 2021 17:40 Şamaxı 1 003
Özün bu hərəkəti eləmisən, özün də 3400 manatı ödə - Paytaxt klubu qərar qəbul etdi

“Keşlə”nin legioneri Anatole Abanqın cəzası bəlli olub.

Bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Komitə bugünkü iclasında Premyer Liqanın III turunun “Keşlə” – “Zirə” oyununda baş verənləri müzakirə edib.

28-ci dəqiqədə rəqibə qarşı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan kamerunlu hücumçu 3 oyun cəzalanıb.

O, “Keşlə”ni 2400 manat cəriməyə məruz qoyub. Amma bu məbləği özü ödəyəcək. Paytaxt təmsilçisi cərimənin afrikalı forvardın maaşından tutulması barədə qərar qəbul edib.

Üstəlik, onun əməkhaqqısı 10 faiz kəsilib. Bu, komandanın Premyer Liqanın ilk 3 turunda aldığı məğlubiyyətlərə görədir.

Abanqın aylıq mavacibinin 10 min dollar təşkil etməsini xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti