"Zirə"ni kubokudan uzaqlaşdırın, 100 min irəli düşün – Qurbanovun sözü ilə

29 Aprel 2021 09:40 Şamaxı 836
"Zirə"ni kubokudan uzaqlaşdırın, 100 min irəli düşün – Qurbanovun sözü ilə

«Keşlə» bu gün ölkə kubokunun yarımfinal mərhələsinin caavab görüşündə «Zirə»nin qonağı olacaq.

Evdəki matçda 1:2 hesabıyla uduzan sabiq «bankirlər» yarışma ilə erkən vidalaşsa, Sənan Qurbanovu mövsümün sonunda baş məşqçi postundan yola salacaq.

Futbolçuları indi bu yox, daha vacib məsələ maraqlandırır. Nədir bu vacib məsələ? Təbii ki, söhbət qələbəyə görə təyin olunan mükafatdan gözləyir.

Komanda üzvlərinin gözü həm də «Səbail»lə Premyer Liqa matçında əldə edilən qalibiyyətə görə gözlədikləri «ənam»da qalıb. Axı 14 turdan sonra çempionatda 3 xal qazanıblar.

O gündən bəri puldan bir xəbər yoxdur. Halbuki klub rəhbərliyi kollektivə 40 min manat ödəməyi müzakirə etmişdi və onların fikrincə, bu, kubokun vacib matçı öncəsi oyunçuların motivasiyasını yüksəltməli idi.

Gəl ki, Sənan Qurbanov məsələyə fərqli yanaşıb. Baş məşqçi iki mükafatın birləşdirilməsini təklif eləyib.

Yəni ki, komanda «Zirə»ni mübarizədən kənarlaşdırsa, «Səbail»lə matçın ödəməsi də bura əlavə olunsun. İstəkləri həyata keçsə, bu axşam keçiriləcək mücadilə onları 80-100 min manat civarında irəli salacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti