"Keşlə" özünə rəqib tapdı - Birinci diviziondan

30 Dekabr 2020 16:40 Şamaxı 661
"Keşlə" özünə rəqib tapdı - Birinci diviziondan

"Keşlə"nın qış hazırlıq planı müəyyənləşib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının III dövrəsinə və ölkə kubokunun 1/4 final mərhələsinə hazırlaşan paytaxt təmsilçisi yanvarın 4-də Bakıda məşqlərə start verəcək.

Komanda hazırlıq çərçivəsində yanvarın 10-da MOİK, 14-də isə “Neftçi” ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.

"Keşlə" yanvarın 21-də Azərbaycan Premyer Liqasının 14-cü turunda "Sumqayıt"ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti