Klub rəhbərliyi onu satmağa razılaşıb - Özü ümid edir ki... 

5 Avqust 2021 21:40 İtaliya 522
Klub rəhbərliyi onu satmağa razılaşıb - Özü ümid edir ki... 

“İnter”in hücumçusu Romelu Lukaku komandanı tərk etmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Lukaku sabiq klubu “Çelsi”yə keçməkdə maraqlıdır.

“Zadəganlar” artıq “İnter”ə təklif göndəriblər, amma İtaliya nəhəngi bu təklifi qəbul etməyib.

Ancaq futbolçunun getmək istədiyini nəzərə alan klub rəhbərliyi onu satmağa razılaşıb. Amma bu satışdan 120 milyon avro gəlir əldə etməyi planlaşdırırlar.

Lukaku klublar arasında gedən danışıqları diqqətlə izləyir və ümid edir ki, bu həftənin sonuna qədər məsələyə aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti