“Ronaldo İtaliyanı tərk etməlidir” – Mourinyo sözünü dedi

16 İyun 2021 00:14 İtaliya 2 195
“Ronaldo İtaliyanı tərk etməlidir” – Mourinyo sözünü dedi

“Roma”nın yeni baş məşqçisi Joze Mourinyo “Yuventus”un futbolçusu Kriştiano Ronaldo haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis həmyerlisinin “Yuventus”u tərk etməli olduğunu deyib:

“Ronaldo İtaliyanı tərk etməlidir. 25 yaşında deyil, 36 yaşındadır. Mövsümdə 50 qol vurmayıb, lakin nə qədər vurub?

Bunlar inanılmaz rəqəmlərdir. O, bir əfsanədir. Hər dəfə özünü yaxşı motivasiya etməyi bacarır”.

Digər Xəbərlər
Xəbər Lenti