Premyer Liqada boz “Volkswagen Golf” çaxnaşma yaratdı - FOTO

10 İyul 2020 13:26 İngiltərə 641
Premyer Liqada boz “Volkswagen Golf” çaxnaşma yaratdı - FOTO

İngiltərə Premyer Liqasının 34-cü turunda keçirilən “Vest Hem” – “Berinli” qarşılaşmasından əvvəl terror təhlükəsi elan edilib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan əvvəl polislər stadionu mühasirəyə alıblar.

Buna səbəb isə stadionun yanında boz “Volkswagen Golf” markalı şübhəli avtomobilin park edilməsi olub.

Xəbərdarlıq sistemi vasitəsilə avtomobilin sahibi axtarılıb. Nəqliyyat vasitəsinin sahibi müəyyənləşdirilib. Polislər onunla profilaktik söhbət aparıblar. Həmin şəxs həbs edilməyib.

Digər Xəbərlər
Xəbər Lenti