“Burada vuracağım hər qolu ona həsr edəcəm"

16 Fevral 2020 23:30 İngiltərə 915
“Burada vuracağım hər qolu ona həsr edəcəm"

“Mançester Yunayted”in Çinin “Şanxay Şenxua” klubundan icarəyə götürdüyü Odion İqalo bu keçidi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu "qırmızı şeytanlar”a bacısına görə transfer olunduğunu bildirib:

“Bacım “Mançester Yunayted”in azarkeşi idi. Hamımız bu klubun oyunlarınızı izləyərək böyümüşük və onları dəstəkləmişik.

Marinin həyat yoldaşı “Çelsi” azarkeşi idi, övladları isə “Liverpul” və “Mançester Siti”ni dəstəkləyirdi. Amma Mari həmişə “Mançester Yunayted”ə sadiq qaldı. O, hər zaman bu komandada oynamağımı istəyirdi.

“Uotford”dan ayrılanda, sevdiyi klubun məni transfer edəcəyinə ümid edirdi. Bacımın bu arzusunu o, dünyadan köçdükdən sonra gerçəkləşdirmək mənim üçün ağırdır. Burda vuracağım hər qolu ona həsr edəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti