Azərbaycan çempionatında gözəl qollar vuruldu - VİDEO

23 Oktyabr 2023 00:30 Premyerliqa 909
Azərbaycan çempionatında gözəl qollar vuruldu - VİDEO

Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son matçda "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib.

Qələbə şəhər stadionundakı qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə bitib.

Naxçıvan təmsilçisinin heyətində 32-ci dəqiqədə Turan Manafov, 44-cü dəqiqədə Kadiri Məhəmməd, 69-cu dəqiqədə Elviş Maşike, 71-ci dəqiqədə Miço Kuzmanoviç fərqlənib.

Meydan sahiblərində Samuel Tetteh 37-ci dəqiqədə rəqib qapısına yol tapa bilib.

Bundan əlavə, "Qəbələ"dən İlkin Qırtımov 28-ci dəqiqədə birbaşa qırmızı, 60-cı dəqiqədə Osama Xalayla ikinci sarı vərəqəni alaraq meydandan qovulublar.

Digər Xəbərlər
Xəbər Lenti