Mata “Qalatasaray”a keçə bilər - MY ilə müqaviləni yeniləməsə

7 İyun 2021 12:20 İngiltərə 449
Mata “Qalatasaray”a keçə bilər - MY ilə müqaviləni yeniləməsə

“Mançester Yunayted”lə müqaviləsinin müddəti iyunun sonunda bitəcək Xuan Mata klubu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə “Roma” və “Qalatasaray” maraqlanır.

Bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.

Mata “Mançester Yunayted”lə müqaviləsini yeniləməsə, gələcək sərfəli təklifləri dəyərləndirəcək.

İspan futbolçu son mövsümdə “qırmızı şeytanlar”la 18 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti